Bank Of Baku

MTN və DSX-nın birgə əməliyyatı nəticəsində “İran- Azərbaycan- Rusiya” marşrutu üzrə narkotik vasitələrin daşınmasının qarşısı alınıb

MTN və DSX-nın birgə əməliyyatı nəticəsində “İran- Azərbaycan- Rusiya” marşrutu üzrə narkotik vasitələrin daşınmasının qarşısı alınıb
# 27 iyun 2007 12:29 (UTC +04:00)
Bu barədə APA-ya MTN ictimai əlaqələr mərkəzindən məlumat verilib. Məlum olub ki, Rusiyanın Moskva şəhərində yaşayan Lənkəran şəhər sakini, 1962-ci il təvəllüdlü Ağayev Mirmehti Mirtağı oğlu, hazırda şəxsiyyətləri istintaqla müəyyənləşdirilən İran vətəndaşları və digərləri əlbir olaraq külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana, buradan da eyni üsulla Rusiyaya daşımaq barədə qabaqcadan cinayətkar razılığa gəliblər. Bu razılaşmaya əsasən, hazırda şəxsiyyəti istintaqla müəyyənləşdirilən İran vətəndaşı 2007-ci il iyunun 9-da 55 kiloqram 619,2 qram narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirərək, Biləsuvar rayonu ərazisində Mirmehti Ağayevin oğlu, 1987-ci il təvəllüdlü Ramin Ağayevə təhvil verib. O isə narkotik vasitəni Bakıya gətirərək qohumunun evində gizlədib. Növbəti dəfə hazırda şəxsiyyətləri istintaqla müəyyənləşdirilən digər İran vətəndaşları 2007-ci il iyunun 13-də 30 kiloqram narkotik vasitə olan həşişi qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətiriblər və Cəlilabad rayonunun Andreyevka qəsəbəsi ərazisində Ramin Ağayevə təhvil veriblər. Ramin Ağayev isə təhvil aldığı narkotik vasitəni Bakıda kirayələdiyi evdə gizlədib.
2007-ci il iyunun 19-da MTN əməkdaşları tərəfindən Ramin Ağayevin kirayənişin yaşadığı və onun qohumuna məxsus mənzillərə keçirilmiş baxışlar zamanı ümumi çəkisi 85 kiloqram 619,2 qram narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb. İş üzrə bütün halların araşdırılması, hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR