Bank Of Baku

Gəncə Gil-Torpaq İstehsalat Birliyinin ərazisindəki hərbi sursat zərərsizləşdirilir

Gəncə Gil-Torpaq İstehsalat Birliyinin ərazisindəki hərbi sursat zərərsizləşdirilir
# 27 iyun 2007 14:00 (UTC +04:00)
Gəncə Gil-Torpaq İstehsalat Birliyinin ərazisində 1993-94-cü illərdən qalan sursatdan 3600-ü zərərsizləşdirilib. Bu barədə APA-nın Qərb bürosuna Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Xanlar Regional Bazasının meneceri Namiq Məmmədov məlumat verib. O bildirib ki, Ağstafa rayonu ərazisindəki Saloğlu bazasından əridilmə məqsədilə Gəncə Gil-Torpaq İstehsalat Birliyinə gətirilən sursatın sayı təxminən 5600 olub. İlkin mərhələdə GTİB ilə yalnız 3000 sursatın zərərsizləşdirilməsi razılaşdırılsa da, sonradan müəssisənin rəhbərliyi ərazinin tam təhlükəsiz vəziyyətə gətirilməsi məqsədilə ANAMA ilə müqavilənin vaxtını uzadıb.
N. Məmmədovun sözlərinə görə, bundan sonra təxminən 2000-ə yaxın sursat zərərsizləşdiriləcək. Zərərsizləşdirilən sursatlar əsasən artilleriya və minomyot mərmilərindən ibarətdir. N. Məmmədov yaxın iki həftə ərzində bu işi yekunlaşdırmağı planlaşdırdıqlarını söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR