Bank Of Baku

Sabirabadda iki qardaş həmkəndliləri tərəfindən bıçaqlanıb

Sabirabadda iki qardaş həmkəndliləri tərəfindən bıçaqlanıb
# 27 iyun 2007 15:05 (UTC +04:00)
Sabirabadda iki qardaş həmkəndliləri tərəfindən bıçaqlanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumatda bildirilir ki, bu gün səhər saatlarında Sabirabad rayonu Çölbeşdəli kəndinin sakini Nicat Mustafayev həmkəndliləri - 1987-ci il təvəllüdlü Yasin Səxavəddin oğlu İbrahimovu və onun 1984-cü il təvəllüdlü qardaşı Ədaləti mübahisə zəminində qayçı ilə yaralayıb. Onlar yaralı vəziyyətdə səhər saat 8:30-da Əli Bayramlı şəhər xəstəxanasına çatdırılıb. Yasin İbrahimov əməliyyat olunub, digər qardaş isə ambulator yardım aldıqdan sonra evə buraxılıb. Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR