Bank Of Baku

İslam Partiyası Gəncə təşkilatının konfransı baş tutmayıb

İslam Partiyası Gəncə təşkilatının konfransı baş tutmayıb
# 27 iyun 2007 15:47 (UTC +04:00)
Yerli təşkilatın hesabat-seçki konfransında iştirak etmək üçün iyunun 26-da Gəncəyə gedən Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacıağa Nuri, müavinlər Rövşən Əhmədli, Vaqif Abdullayev və partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Fəyyaz Nəbizadə polis tərəfindən saxlanılıb. Partiyanın mətbuat xidmətinin rəhbəri Qurban Cəbrayılın APA-ya verdiyi məlumata görə, Gəncə şəhər Polis İdarəsinə aparılan AİP rəhbərləri 4 saata yaxın orada qalıblar. Q. Cəbrayıl bildirib ki, konfransın keçirilməsi ilə bağlı şəhər İcra Hakimiyyətinə məktub göndərilsə də, polis tədbirin qarşısını alıb. Partiya üzvlərindən 17-si cərimələnib, 3 nəfər, o cümlədən AİP-in Gəncə şəhər təşkilatının sədri Yusif Ələkbərova isə 3 sutkalıq həbs cəzası verilib.
Gəncə şəhər Polis İdarəsindən məsələyə münasibət bildirmək istəməyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR