Bank Of Baku

Tolyattidə azərbaycanlı iş adamlarını oğurlayan cinayətkar dəstənin üzvlərinə hökm oxunub

Tolyattidə azərbaycanlı iş adamlarını oğurlayan cinayətkar dəstənin üzvlərinə hökm oxunub
# 28 iyun 2007 08:25 (UTC +04:00)
APA-nın məlumatına görə, azərbaycanlı iş adamlarının oğurlanması üzrə üç cinayət epizodu məhkəmə istintaqı zamanı öz təsdiqini tapıb. Məhkəmədə müəyyən olunub ki, cinayətkar dəstə oğurlanan iş adamlarının azadlığa buraxılması müqabilində onların ailə üzvlərindən 55 mindən 130 min dollaradək pul alıblar. Oğurlanan iş adamlarından Vaqif Məlikovun öldürüldüyü güman olunur, lakin cəsəd tapılmadığına görə, hüquq-mühafizə orqanları ölüm faktını sübuta yetirə bilməyiblər. Cinayətkar dəstənin daha bir neçə adam oğurluğu faktında əli olduğu güman edilir. İstintaq zamanı cinayətkar dəstənin üç qrupdan ibarət olduğu, qruplar arasında dəqiq iş bölgüsünün aparıldığı müəyyənləşib. Oğurlanacaq şəxslər haqqında məlumat toplamaq azərbaycanlılardan ibarət birinci qrupa həvalə olunub. Oğurlanan şəxslərin azərbaycanlı iş adamları olması da birinci qrupun azərbaycanlılardan təşkil olunmasıdır. İkinci qrup iş adamlarını izləyib, girovun azadlığa buraxılması üçün onların qohumları ilə danışıqlar aparıb və maliyyə məsələlərini həll edib. Üçüncü qrup isə oğurlanan şəxsin gizli evlərdə mühafizəsi ilə məşğul olub. Cinayətkar dəstənin tam tərkibini hələ də müəyyənləşdirmək mümkün olmayıb. Məhkəmə istintaqı zamanı məlum olub ki, 2003-cü ildə maşın alveri ilə məşğul olan azərbaycanlı Fikrət Məmmədovu oğurlayan cinayətkar qruplaşma 130 min dollar müqabilində onu 12 gün sonra azadlığa buraxıblar. 2004-cü ildə isə Tolyattidə balıq alveri ilə məşğul olan iş adamı David Babayev oğurlanıb, cinayətkar dəstə onun azadlığa buraxılması üçün qohumlarından 55 min dollar alıb. Oğurlanan üçüncü azərbaycanlı iş adamı Vaqif Məlikovun taleyi isə hələ də məlum deyil. Məhkəmənin qərarı ilə cinayətkar dəstənin rəhbərlərindən Viktor Orlov 17 il, Mixail Drobot isə 14 il, qruplaşmanın digər üzvləri isə 12 ildən 17 ilədək azadlıqdan məhrum ediliblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR