Bank Of Baku

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri erməni əsir Valeri Süleymanyanla görüşüblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri erməni əsir Valeri Süleymanyanla görüşüblər
# 28 iyun 2007 15:18 (UTC +04:00)
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları bir müddət əvvəl Azərbaycan Silahlı Qüvvələrinə əsir düşən, işğal altında olan Qarabağ ərazisində yaşayan erməni əsilli Valeri Suleymanyanla üçüncü dəfə görüşüblər. Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən məlumat verilib. BQXK nümayəndələri əsirin saxlanma şəraiti, psixoloji durumu ilə bağlı monitorinq keçirib, onu lazım olan ləvazimatlarla (geyim, siqaret) təmin ediblər. Eyni zamanda BQXK nümayəndələri əsirlə məktub mübadiləsi aparıblar. Xatırladaq ki, V. Süleymanyan bir müddət əvvəl Azərbaycan Silahlı Qüvvələrinə əsir düşüb. O, Azərbaycan tərəfindən üçüncü dövlətə təhvil verilməsini xahiş edərək bildirib ki, bütün Qarabağ erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən hərbi rejimin əlindən, orada hökm sürən səfalət və yoxsulluqdan bezib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR