Bank Of Baku

Qatarla avtomaşının toqquşması nəticəsində ağır yaralanmış şəxslərdən biri dünyasını dəyişib

Qatarla avtomaşının toqquşması nəticəsində ağır yaralanmış şəxslərdən biri dünyasını dəyişib
# 28 iyun 2007 15:41 (UTC +04:00)
İyunun 25-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində qatarla avtomaşının toqquşması nəticəsində ağır yaralanmış sakinlərdən biri bu gün dünyasını dəyişib. APA-nın məlumatına görə, kənd sakini Bəyaz Abbasov xəstəxanada dünyasını dəyişib. Digər iki yaralının isə vəziyyəti sabitdir.
Qeyd edək ki, iyunun 25-də Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) yolölçən qatarı qorunmayan dəmir yolu keçidindən keçən Böyük Bəhmənli kənd sakini Cəmil Abbasovun idarə etdiyi 10 ME 367 dövlət nömrə nişanlı VAZ-2107 markalı maşınla toqquşub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR