Bank Of Baku

Qəbələ RLS-ə gedəcək xarici jurnalistlər qrupu bu gün Bakıya gələcək

Qəbələ RLS-ə gedəcək xarici jurnalistlər qrupu bu gün Bakıya gələcək
# 29 iyun 2007 08:16 (UTC +04:00)
Bu gün Rusiyanın bir qrup jurnalisti Qəbələ radiolokasiya stansiyası ilə tanış olmaq üçün Bakıya gələcəklər. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qəbələ RLS-ə gedəcək media nümayəndələrindən ibarət qrupa 30-a yaxın jurnalist daxildir. Qrupda müxtəlif ölkələrin jurnalistləri təmsil olunur. Heydər Əliyev adına beynəlxalq hava limanından xüsusi avtobusla Qəbələyə gedəcək jurnalistlər sabah gün ərzində stansiyanın fəaliyyəti ilə yaxından tanış olacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR