Bank Of Baku

Goranboyda yola basdırılmış partlayıcı maddə aşkarlanıb

Goranboyda yola basdırılmış partlayıcı maddə aşkarlanıb
# 29 iyun 2007 16:18 (UTC +04:00)
Goranboyun Börü və Todan kəndlərini birləşdirən yolda partlayıcı qurğu tapılıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, yolda torpağın səthindəki naqil sakinləri şübhələndirib. Onlar ərazidə təmizləmə işi aparan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) icma mina aksiyasının əməkdaşlarına bu barədə məlumat veriblər. Hadisə yerinə gələn mütəxəssislər yolun tən ortasında 50 litrlik alüminium qaba yerləşdirilmiş maye halında trotil aşkarlayıblar. Yerli polis şöbəsinin əməkdaşları Börü-Todan yolunda gediş-gəlişi məhdudlaşdıraraq əkin-biçinlə məşğul olan sakinləri ərazidən uzaqlaşdırıblar. Partlayıcı qurğu BAMF-ın və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən yerindəcə partladılmaqla zərərsizləşdirilib. Mütəxəssislər bildiriblər ki, həmin yolda əvvəllər də vedrəyə yerləşdirilmiş bir neçə partlayıcı qurğu aşkarlanıb. 50 kiloluq sonuncu partlayıcı isə iki kilometr radiusda dağıdıcı qüvvəyə malik imiş. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR