Bank Of Baku

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
# 29 iyun 2007 11:55 (UTC +04:00)
Balakən rayonunda narkotik vasitə hesab olunan, yabanı halda bitmiş 10 tona yaxın çətənə kolu məhv edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, ötən gün Balakən RPŞ-nin əməliyyat qrupunun keçirdiyi tədbir zamanı rayonun Roçəhməd kəndi ərazisində açıq sahədə yabanı halda bitmiş çətənə kolu aşkarlanıb. RPŞ əməkdaşlarının və mütəxəssislərin iştirakı ilə 9800 kq çətənə kolu yığılaraq məhv edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR