Bank Of Baku

Masallıda qardaş bacısını qətlə yetirib

Masallıda qardaş bacısını qətlə yetirib
# 29 iyun 2007 13:56 (UTC +04:00)
Bu gecə saat 1:00 radələrində Masallıda qətl hadisəsi baş verib. Bu barədə APA-nın cənub bürosuna Masallı Rayon Prokurorluğunun müstəntiqi Kərim Mehdiyev məlumat verib. Onun sözlərinə görə, hadisə rayonun Təklə kəndində baş verib. Kəndin 22 yaşlı sakini Elməddin Bakir oğlu Quliyev 23 yaşlı bacısı Elnurəni ayaqqabı bağı ilə boğaraq qətlə yetirib. Səhər tezdən E. Quliyev Masallı rayon Polis Şöbəsinə gələrək təslim olub. İlkin dindirmə zamanı o, bacısını ailə münaqişəsi zəminində - namus üstündə qətlə yetirdiyini bildirib. Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR