Bank Of Baku

Saloğluda torpağın alt qatındakı partlamamış hərbi sursatların təmizlənməsinə başlanıb

Saloğluda torpağın alt qatındakı partlamamış hərbi sursatların təmizlənməsinə başlanıb
# 29 iyun 2007 15:06 (UTC +04:00)
Partlamamış hərbi sursatların təmizlənməsi üzrə Saloğlu layihəsinin ikinci mərhələsinə uyğun olaraq Ağstafa rayonunun Saloğlu kəndi ərazisində torpağın alt qatındakı partlamamış hərbi sursatların təmizlənməsinə başlanıb. Bu barədə APA-ya Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyat üzrə meneceri Samir Poladov məlumat verib. Layihənin ikinci mərhələsi 16 ay davam edəcək. S. Poladovun sözlərinə görə, layihənin 2006-cı ilin əvvəlində başlamış birinci mərhələsində Saloğluda keçmiş sovet ordusuna məxsus bazanın ərazisində 260 minə yaxın müxtəlif təyinatlı sursat təmizlənib. 1990-cı illərdə rusların bazanın ərazisindəki 138 sursat anbarını partlatması nəticəsində Saloğlu kəndinin ərazisində ümumilikdə 40 milyon kvadrat metr ərazinin partlamamış hərbi sursatlarla çirkləndiyi ehtimal olunur. Bazanın ərazisində bəzi yerlərdə 5 metr dərinliyində raket və mərmilər tapılır.
Qeyd edək ki, Saloğlu layihəsinin birinci fazasını iyunun 1-də başa çatıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR