Bank Of Baku

Narkotik maddə satmaq istəyən Ağstafa sakini həbs olunub

Narkotik maddə satmaq istəyən Ağstafa sakini həbs olunub
# 29 iyun 2007 15:34 (UTC +04:00)
Bu gün Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional (NMİQR) şöbəsinin əməkdaşları Goranboy rayonu ərazisində 255 qram narkotik maddə olan heroin satmaq istəyən 1977-ci il təvəllüdlü Nazim Əzim oğlu Sadıxovu yaxalayıb. Bu barədə APA-nın qərb bürosuna NMİQR şöbəsinin rəis müavini Rafael İsmayılov məlumat verib. Onun sözlərinə görə, Ağstafa rayonunun Köçəsgər kənd sakini N. Sadıxov heroini 12 000 ABŞ dollarına satarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, N. Sadıxov tək deyil: “Onlar 4 nəfər olublar. Qalan 3 nəfərin də şəxsiyyəti artıq məlumdur. Onların tutularaq istintaqa təhvil verilməsi istiqamətində işlər aparılır. Yaxın günlərdə onlar da qanun qarşısında cavab verəcəklər”. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR