Bank Of Baku

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib
# 30 iyun 2007 08:13 (UTC +04:00)
Qaradağ rayonunun Qobustan qəsəbə sakini, 1973-cü il təvəllüdlü Çingiz Allahverdi oğlu Nağıyevin idarə etdiyi 10 UT 408 dövlət nömrə nişanlı “Mercedes-240” markalı avtomobil sürət həddini aşdığı üçün qarşıdakı döngəni keçərkən müvazinətini itirərək dərəyə uçub. Nəticədə sürücü yerindəcə keçinib. Maşındakı sərnişin, Qaradağ rayonunun Lökbatan qəsəbə sakini, 1980-ci il təvəllüdlü Elnur Aqil oğlu Quliyev yüngül bədən xəsarətləri alıb. Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR