Qubanın Vəlvələçay kənd sakininin evini ilanlar zəbt edib
02 iyul 2007 14:29 (UTC +04:00)
Quba rayonunun Vəlvələçay kəndinin sakininin evini ilanlar basıb. Kənd sakini Elşən Manafovun APA-nın Şimal bürosuna verdiyi məlumata görə, 8 gün öncə yaşadıqları evin torpaq döşəməsindən xırda ilanlar çıxmağa başlayıb. Ev sahibi ilanlardan beşini öldürsə də, torpaqda açılan dəliklərdən daha bir neçə ilan çıxıb. Elşən Manafov ailəsinə xətər gəlməməsi üçün qonşusunun evinə köçüb. Hazırda Manafovlar ailəsinin yaşadığı evdə çoxlu sayda ilanın olduğu bildirilir. Quba rayon icra hakimiyyətindən APA-nın Şimal bürosuna verilən məlumatda bu xəbər təsdiqlənib. İcra hakimiyyətindən bildiriblər ki,
baş vermiş hadisə ilə əlaqədar rayon sanitar-epidemioloji mərkəzi Manafovların evində dərmanlama işi aparacaq. /APA/
baş vermiş hadisə ilə əlaqədar rayon sanitar-epidemioloji mərkəzi Manafovların evində dərmanlama işi aparacaq. /APA/
Hadisə
Talassemiyalı uşaqlara yığılan pulu mənimsəməkdə ittiham olunan şəxslər məhkəmədə ifadə verib
17:55
11 sentyabr 2024
Cəlilabadda 3 gün əvvəl evdə yanğın zamanı xəsarət alan azyaşlı xəstəxanada ölüb
17:11
11 sentyabr 2024
Dövlət orqanlarına qarşı qalmaqallı kibercinayətlə bağlı şok detallar
16:49
11 sentyabr 2024
Göygöldə qəza olub, xəsarət alanlar var - FOTO
16:42
11 sentyabr 2024