Bank Of Baku

Gəncə və Astarada qətl hadisələri baş verib

Gəncə və Astarada qətl hadisələri baş verib
# 02 iyul 2007 14:29 (UTC +04:00)
Gəncə şəhərində qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəhər sakini Maarif Məmmədov qısqanclıq zəminində arvadı Nargilə Məmmədovanı bıçaqlayıb. Nəticədə ağır bədən xəsarəti alan N. Məmmədova yerləşdirildiyi xəstəxanada keçinib. Kəpəz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M. Məmmədov tutulub.
Daha bir qətl hadisəsi Astarada qeydə alınıb. Rayonun Giləkəran kənd sakini Bəxtiyar Məmmədov münaqişə zəminində qohumu Nəsibə Məmmədovanı bıçaqla qətlə yetirib. B. Məmmədov Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR