Bank Of Baku

Bakı-Qazax magistralında baş verən yol qəzasında bir nəfər ölüb

Bakı-Qazax magistralında baş verən yol qəzasında bir nəfər ölüb
# 02 iyul 2007 16:00 (UTC +04:00)
İyulun 2-də Bakı-Qazax magistralının 423-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, Tovuz rayon Duz Cırdaxan kənd sakini Elbrus İbrahimova məxsus “VAZ-24” markalı 10-CO-176 dövlət nömrə nişanlı avtomobillə Qazax rayon sakini Gündüz İbrahimova məxsus “Mercedes” markalı 35-BF-810 dövlət nömrə nişanlı avtomobil toqquşub. Ağır yaralanan “VAZ-24”ün sürücüsü E. İbrahimov Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyisib. “Mercedes”in içindəki 4 nəfər isə ciddi xəsarətlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR