Bank Of Baku

Gədəbəydə sel və daşqınlar bir neçə kənd yolunu bərbad vəziyyətə salıb

Gədəbəydə sel və daşqınlar bir neçə kənd yolunu bərbad vəziyyətə salıb
# 03 iyul 2007 10:07 (UTC +04:00)
Gədəbəy rayonunda yağan leysan yağışlar sel və daşqınlara səbəb olub. Sel suları rayonun Cəfərli və Daryurd kəndlərində kommunikasiya xətlərini və kənd yollarını sıradan çıxarıb. Gədəbəy rayon icra hakimiyyətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, Gədəbəydə baş vermiş güclü sel nəticəsində bərbad hala düşmüş kənd yollarında bərpa işlərinə başlanılıb. Hal-hazırda Gədəbəydə rayonun daxili imkanları hesabına Cəfərli və Daryurd kəndlərinin sel nəticəsində dağılmış yollarında bərpa işləri aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR