Bank Of Baku

Rusiyada yaşayan azərbaycanlı iş adamı Gəncə Hava Limanında saxlanılıb

Rusiyada yaşayan azərbaycanlı iş adamı Gəncə Hava Limanında saxlanılıb
# 03 iyul 2007 13:51 (UTC +04:00)
Rusiyadakı soydaşlarımızın APA-ya göndərdikləri müraciətdə qeyd olunub ki, Azərbaycanın Rusiyadakı diasporunun fəallarından biri, Rusiya vətəndaşı Şamil Əjdər oğlu Qurbanov bir neçə gün əvvəl Azərbaycanda həbs olunub. Şamil Qurbanov Moskva şəhərində xeyriyyəçi bir iş adamı kimi tanınır: “O, Rusiyanın və Azərbaycanın ictimai həyatında fəal iştirakına və metsenatlığına görə dəfələrlə “ilin metsenatı” və “Minilliyin metsenatı” mükafatlarına layiq görülüb. O, Rusiya və Azərbaycanın ali elm ocaqlarında təhsil alan bir neçə tələbənin təhsil xərcini öz üzərinə götürüb, miqrasiya problemləri ilə qarşılaşan yüzlərlə soydaşımızı işlə təmin edib”. Müraciətdə Ş. Qurbanovun Rusiyanın “Yedinaya Rossiya” Partiyasının Peçatniki rayon şöbəsinin icraçı katibi olduğu da qeyd edilib. Rusiyada yaşayan soydaşlarımız Ş. Qurbanovun həbsinin səbəblərinin obyektiv araşdırılmasını xahiş edirlər. Moskvada fəaliyyət göstərən “İnteraz” Telekompaniyasının prezidenti Saleh Xudiyev APA-ya bildirib ki, Ş. Qurbanov Gəncə Beynəlxalq Hava Limanının sərhəd buraxılış məntəqəsində həbs edilib. Onun hazırda Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlandığı bildirilir. Şamil Qurbanov əslən Ağcabədi rayonundandır. O, dünyasını dəyişən qardaşının 40 mərasimində iştirak etmək üçün Azərbaycana gəlib. Dövlət Sərhəd Xidmətindən APA-nın məsələ ilə bağlı sorğusuna cavab verilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR