Bank Of Baku

Polis əməkdaşını güllələyən ADP Balakən rayon təşkilatının sədri könüllü olaraq polisə təslim olub

Polis əməkdaşını güllələyən ADP Balakən rayon təşkilatının sədri könüllü olaraq polisə təslim olub
# 05 iyul 2007 07:28 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. İnsidentdən sonra qaçaraq meşədə gizlənən N. Quliyevin axtarışına rayon polis şöbəsinin bütün şəxsi heyəti cəlb olunub. Təhqiqat zamanı Nizami Quliyevin Mahmalar kəndi ərazisindəki meşə zolağında gizləndiyi müəyyənləşdirilib. Bundan sonra polis onun könüllü təslim olması Nizami Quliyevin qohumları ilə danışıqlar aparıb. Danışıqlar nəticəsində N. Quliyev bu gecə saat 01:30 radələrində Balakən RPŞ-yə gələrək özünü istintaqa təhvil edib. Balakən RPŞ-dən verilən məlumata görə, N. Quliyev barəsində CM-nin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 29,120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi qaldırılıb və onunla bu gün ilkin dindirilmə keçiriləcək. Qeyd edək ki, Nizami Quliyev elektrik enerjisindən istifadəyə görə borcu olduğundan, iyunun 29-da Balakən Rayon Enerji Təchizatı Şöbəsinin(RETŞ) əməkdaşları onun evinə gedən elektrik xəttini kəsiblər. Nizami Quliyev RETŞ sədrinin kabinetinə girərək əlindəki qumbaranı partladacağını bildirib və onun evinə elektrik enerjisi verilməsinin bərpa olunmasını istəyib. Balakən RETŞ-nin rəisi baş verən hadisə barədə dərhal hüquq-mühafizə orqanlarını məlumatlandırıb. Nizami Quliyevin evinə əməliyyat qrupu göndərilib, ev sahibi onu aparmağa gələn polis əməkdaşlarına ov tüfəngindən atəş açıb. Atəş nəticəsində əməliyyat işçilərindən biri qolundan yüngül güllə yarası alıb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR