Bank Of Baku

Test imtahanından keçməyən şagirdlərin valideynləri Təhsil Nazirliyi qarşısında piket keçiriblər

Test imtahanından keçməyən şagirdlərin valideynləri Təhsil Nazirliyi qarşısında piket keçiriblər
# 05 iyul 2007 10:55 (UTC +04:00)
Bu gün Bakının Səbayel və Xətai rayonlarının 236, 249, 63 saylı orta məktəblərindən olan bir qrup məzunun valideynləri Təhsil Nazirliyinin qarşısında piket keçirib. APA-nın məlumatına görə, valideynlər həmin orta məktəblərdə buraxılış imtahanlarının test üsulu ilə keçirildiyini bildiriblər. Onlar övladlarının test imtahanlarından keçmədiyinə görə attestat ala bilmədiklərini deyiblər. Valideynlər yaranmış vəziyyətdən narazı olduqlarını, övladlarının yenidən imtahan vermələrinə şərait yaradılmasını tələb ediblər. Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən təhsil naziri Misir Mərdanov Azərbaycanın dörd rayonunda buraxılış imtahanlarını test üsulu ilə mərkəzləşdirilmiş qaydada aparıldığını deyib. Nazir bildirib ki , həmin valideynlər yetərli savadı olmayan övladlarına attestat almaq istəyirlər: “Biz qəbul edirik ki, Azərbaycanda orta təhsil icbaridir, lakin 11 il təhsil alan şagirdin yalnız müəyyən standartlara cavab verən hissəsinə attestat verilməlidir. Biliyi olmayanlar attestat almaq üçün gələn tədris ilində imtahan verə bilər”. M. Mərdanov deyib ki, hətta son zamanlar ali məktəb diplomu almaq da icbari səviyyəyə çatıb: “Bu bizim təhsili hörmətdən salır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR