Bank Of Baku

Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib

Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib
# 05 iyul 2007 11:39 (UTC +04:00)
Bu gecə Ağdaş rayonu Xosrov kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Əli Həsənovun idarə etdiyi “Azsamand” markalı və Ağdaş rayon sakini Tural Əbilovun idarə etdiyi “VAZ-2107” markalı maşınlar toqquşub. Nəticədə “VAZ-2107”-nin sərnişini, Şəmsabad kənd sakini Rubil Mayılov aldığı xəsarətdən hadisə yerində keçinib. T. Əbilov isə ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR