Bank Of Baku

Vergilər Nazirliyi iyulun 6-dək 497 obyektdə qanunvericiliyin pozulması faktı aşkarlanıb

Vergilər Nazirliyi iyulun 6-dək 497 obyektdə qanunvericiliyin pozulması faktı aşkarlanıb
# 06 iyul 2007 14:52 (UTC +04:00)
Azərbaycanın Vergilər Nazirliyi aksiz markalarının tətbiqinə nəzarət məqsədilə iyunun 25-dən başlanmış genişmiqyaslı operativ nəzarət tədbirləri zamanı iyulun 6-na olan məlumata əsasən, 9131 obyektdə nəzarət tədbirləri keçirib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu zaman həmin obyektlərdən 497-də qanunvericiliyin pozulması faktları aşkar edilib. Belə ki, nəzarət tədbirləri zamanı dəyəri 103 986 manat olan 68 106 ədəd aksiz markası ilə müvafiq qaydada markalanmamış mallar aşkarlanıb. Bu malların 8 721-i tütün məmulatı, 59 385-i alkoqollu içkidir. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR