Bank Of Baku

Hacıqabulda 4 narkotik alverçisi həbs edilib

Hacıqabulda 4 narkotik alverçisi həbs edilib
# 07 iyul 2007 08:12 (UTC +04:00)
Hacıqabulda narkotik alverçiləri həbs edilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat üzrə rəis müavini Elşad Məmmədov məlumat verib. Onun sözlərinə görə, iyunun 19-da Hacıqabul rayon sakini Mirzəbaxış Nazim küçəsində yaşayan Elman Hidayət oğlu Xəlilovun üzərindən 1,792 qram heroin, 22 iyunda 1965-ci il təvəllüdlü Əli Bayramlı sakini Cəmaləddin Məmməd oğlu Musayevin üzərindən 2,46 qram tiryək aşkarlanaraq polis tərəfindən götürülüb. İyunun 23-də Əli Bayramlı sakini Fərəc Allahverdi oğlu Bəşirovun maşınından 1,1 qram heroin aşkarlanaraq götürülüb. Məlum olub ki, F. Bəşirova heroini Lənkəran rayonunda qeydiyyatda olan 1942-ci il təvəllüdlü, əvvəllər narkotik maddələrin satışına görə məhkum olunmuş Habil Əhməd oğlu Əliyev satıb. H. Əliyev həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən həbs olunub. Faktla bağlı Hacıqabul RPŞ-də adı çəkilən dörd nəfər barəsində cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR