Bank Of Baku

Əli Bayramlıda baş verən yol qəzasında bir nəfər ölüb

Əli Bayramlıda baş verən yol qəzasında bir nəfər ölüb
# 07 iyul 2007 09:45 (UTC +04:00)
Əli Bayramlıda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Əli Bayramlı şəhər polis şöbəsindən məlumat verilib. Bu gün saat 10.00 radələrində Əli Bayramlı şəhərinin mərkəzi prospektində Bakı şəhər sakini Quliyev Hümbət Həbib oğlunun idarə etdiyi KAMAZ markalı 10-RE-516 dövlət nömrə nişanlı avtomaşınla Sabirabad rayonunun Qaragünə kəndinin sakini Muradov Qəzənfər Kazım oğlunun idarə etdiyi “Moskvi甝 markalı 54-BD-537 dövlət nömrə nişanlı avtomaşın toqquşub. Nəticədə “Moskvi甝in sürücüsü, 1942-ci il təvəllüdlü Qəzənfər Muradov hadisə yerində keçinib. Faktla bağlı Əli Bayramlı polis şöbəsində tədqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR