Əmisinin qoyunlarını oğurlayan Balakən sakini həbs edilib

Əmisinin qoyunlarını oğurlayan Balakən sakini həbs edilib
# 09 iyul 2007 08:58 (UTC +04:00)
Mal-qara oğruluğu ilə məşğul olan Balakən rayon sakini həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Balakən RPŞ-dən verilən məlumata görə, iyulun 7-də rayonun Tülü kənd sakini Şəmsəddin Kamal oğlu Layıcov həyətindən 2 baş qoyunun oğurlanması barədə ərizə ilə RPŞ-yə müraciət edib. faktla bağlı RPŞ-də oğurluq maddəsi ilə cinayət işi qaldırılıb. Əməliyyat-axtarış qrupunun keçirdiyi əməliyyat tədbiri zamanı Ş. Layıcovun həyətindən oğurluq edən şəxsin onun qardaşı oğlu, 1978-ci il təvəllüdlü Tülü kənd sakini Eldəniz Həsən oğlu Layıcov olduğu müəyyənləşib. RPŞ-nin əməkdaşları tərəfindən həbs edilən E. Layıcov barəsində CM-nin 177.1 maddəsi ilə cinayət işi qaldırılıb və istintaq aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR