Bank Of Baku

Gəncənin Zülfi Hacıyev küçəsinin bir qrup sakini dəmiryolu xəttində aksiya keçiriblər

Gəncənin Zülfi Hacıyev küçəsinin bir qrup sakini dəmiryolu xəttində aksiya keçiriblər
# 09 iyul 2007 09:45 (UTC +04:00)
Dünən Gəncənin Zülfi Hacıyev küçəsində yerləşən 17 və 18 saylı binaların sakinləri, əsasən qadın və uşaqlar şəhər dəmiryolu vağzalında etiraz aksiyası keçiriblər. APA-nın Qərb bürosunun məlumatına görə, qadın və uşaqların Gəncə-Bakı sərnişin qatarının qarşısını kəsməsi nəticəsində qatarın hərəkəti 10 dəqiqə ləngiyib. Polis əməkdaşlarının müdaxiləsi nəticəsində qatarın gedişi bərpa edilib. Sakinlərin sözlərinə görə, onları bu addımı atmağa vadar edən 3 il müddətində içməli su probleminin həll olunmamasıdır: “3 ildir ki, suyumuz gəlmir, xüsusilə yay aylarında sudan əziyyət çəkirik, hər yerə bu problemlə bağlı şikayət etsək də şikayətlərimiz cavabsız qalır. Əgər bizim suyumuz gəlməsə, digər qatarlarında yolunu kəsəcəyik”. Aksiya ilə əlaqədar hadisə yerinə gələn müvafiq qurumların rəhbərləri adı çəkilən binalara daim su verildiyini, lakin texniki səbəblərdən suyun evlərə çatdırılması mümkün olmur: “Buna səbəb qarşıda yerləşən binaların sakinlərinin sudan israfçılıqla istifadə etməsidir. Həmin sakinlər ana xəttə qeyri-qanuni xətlər calayıblar. Əlavə xətlər ana xətdə suyun təzyiqini aşağı saldığından 17 və 18 saylı binalara su qalxmır. Bununla belə problemin həlli üçün müvafiq tədbirlər görüləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR