Bank Of Baku

Güclü leysan yağışları və qasırğa Qərb rayonlarına ciddi ziyan vurub

Güclü leysan yağışları və qasırğa Qərb rayonlarına ciddi ziyan vurub
# 09 iyul 2007 14:16 (UTC +04:00)
Yolun əksər hissənin sel suları tərəfindən yuyulması avtomobillərin hərəkətinə ciddi problemlər yaradır. Daşkəsən rayon icra hakimiyyəti başçısının müavini Cavanşir Qocayevin sözlərinə görə, hazırda Gəncə-Daşkəsən yolunda təmir işləri gedir. Sel Quşçu, Çovdar və Çaykənd kəndlərinin də yolunu istifadəyə yararsız vəziyyətə salıb. Bu kəndlərdə aramsız leysan yağışları elektrik xətlərinin sıradan çıxmasına səbəb olub. Adları çəkilən kəndlərin sakinləri bir gün işıqsız qalıblar. Qazax rayonunda baş verən qasırğa isə Xanlıqlar kəndində bir evə ciddi ziyan vurub. Küləyin qırdığı elektrik xətti evin damına düşüb və evdə yanğın baş verib. Rayonun Kosalar və Daşsalahlı kəndlərinin fermer təsərrüfatlarını güclü dolu vurub. Hazırda rayona dəyən zərərin ümumi miqdarı hesablanır. Leysan yağışları və qasırğa Gədəbəy rayonuna da ciddi ziyan vurub. Rayon icra hakimiyyətinin başçısı Qüdrət Paşayevin sözlərinə görə, leysan yağışları demək olar ki, bütün kənd yollarına ciddi ziyan vurub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR