Bank Of Baku

Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib

Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib
# 10 iyul 2007 08:06 (UTC +04:00)
Bu gecə Balakən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Bu gecə saat 00:30 radələrində Balakən-Zaqatala magistral yolunun 23-cü kilometrliyində Balakən şəhərinin Gözəlov küçəsində yaşayan 1967-ci il təvəllüdlü Rasim Niyazi oğlu Xəlilov idarə etdiyi “VAZ-21099” markalı 60 BD 055 dövlət nömrə nişanlı avtomaşınla yolun kənarı ilə piyada gedən Qazbinə kənd sakinləri - 1958-ci il təvəllüdlü Mamed Möhsüm oğlu Saxrayevi və həmin kəndin sakini 1974-cü il təvəllüdlü Cavanşir Mahmud oğlu Kərimovu vurub. M. Saxrayev hadisə yerində dünyasını dəyişib, C.Kərimov isə ağır bədən xəsarəti ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Balakən RPŞ-də cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR