Bank Of Baku

Tərtərdə külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb

Tərtərdə külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb
# 11 iyul 2007 07:58 (UTC +04:00)
Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Cəlilabad kənd sakini, 1970-ci il təvəllüdlü Bəhlul Əziz oğlu Mustafayevin həyətindən narkotik vasitə olan 130 ədəd marixuana kolu aşkar ediblər. APA-nın Qarabağ bürosunun məlumatına görə, bunlardan ümumi çəkisi 4 kiloqram olan 8 ədəd kol xüsusi becərilmiş qaydada, digərləri isə yabanı qaydada aşkarlanıb. Digər kənd sakini, 1968-ci il təvəllüdlü Azər Abbas oğlu Hüseynovun həyətindən isə ümumi çəkisi 6 kiloqram olan 30 ədəd yabanı halda bitmiş marixuana kolu tapılıb. Tərtər RPŞ-nin əməliyyat işi üzrə rəis müavini Mübariz Quliyev APA-ya bildirib ki, rayonun bir neçə kəndində bu kimi faktlara rast gəlinir. Eyni zamanda cəbhənin təmas xəttində yabanı halda bitmiş narkotik vasitələrə rast gəlinir: “Hesab edirik ki, ermənilər narkotik maddələrin toxumlarını çay və digər təbii sular vasitəsilə ərazilərimizə axıdırlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR