Bank Of Baku

Zaqatalada baş verən yol qəzasında bir nəfər dünyasını dəyişib

Zaqatalada baş verən yol qəzasında bir nəfər dünyasını dəyişib
# 11 iyul 2007 14:37 (UTC +04:00)
Zaqatalada bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəza hadisəsi baş verib. 1978-ci il təvəllüdlü Xırdalan sakini Rəşad İsmayıl oğlu Hüseynov “MERSEDES-BENZ” markalı, 10 UE 357 dövlət nömrə nişanlı avtomobili yolun kənarındakı qoz ağacına çırpıb. Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gecə saat 00:20 radələrində Xaldan-Balakən magistral yolunun 121-ci kilometrliyində, Zaqatalanın Qımır kəndi ərazisində baş verib. Yol qəza hadisəsi zamanı avtomobilin sürücüsü R. Hüseynov hadisə yerindəcə keçinib. Maşının içərisində olan sərnişin, mərhumun qohumu Qocayeva Aytən İsmayıl qızı aldığı müxtəlif bədən xəsarətləri ilə Zaqatala rayon mərkəzi xəstəxanasına yerləşdirilib. İlkin araşdırmalara görə, qəzaya avtomobilin yüksək sürətlə idarə olunması səbəb olub. Faktla bağlı rayon polis şöbəsində cinayət işi qaldırılıb, istintaq gedir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR