Bank Of Baku

Bərdədə “Ford” markalı mikroavtobusla “Foton” markalı traktor toqquşub

Bərdədə “Ford” markalı mikroavtobusla “Foton” markalı traktor toqquşub
# 11 iyul 2007 14:40 (UTC +04:00)
Yevlax-Ağdam yolunun 17-ci kilometrliyində - Bərdənin Əliyanlı kəndində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, “Ford” markalı mikroavtobusla Bərdə rayonunun Ulubəyli kənd sakini Hümbət Məmmədovun idarə etdiyi “Foton” markalı traktorun toqquşması nəticəsində Ağdam rayon sakinləri 1985-ci il təvəllüdlü Elxan Haqverdi oğlu Məmmədov və 1959-cu il təvəllüdlü Xaləddin Şəmsəddin oğlu Musabəyli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Hadisəni lentə alan “Lider” TV-nin Qarabağ bürosunun operatoru İlqar Fərmanlıya “Ford”un sərxoş sürücüsü, eləcə də sərnişinlər fiziki təzyiq göstəriblər. Polis əməkdaşları sürücünü müayinədən keçmək üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparıblar. Bu zaman o, xəstəxana həkimlərini də təhqir edib. Hazırda sürücü Bərdə Rayon Polis Şöbəsindədir. “Lider” TV-nin Qarabağ bürosu və Bərdə RMX-nin həkimləri sürücüdən RPŞ-yə şikayət ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR