Bank Of Baku

Tərtər şəhər 2 saylı orta məktəbinin zirzəmisindən 2 ədəd əl qumbarası tapılıb

Tərtər şəhər 2 saylı orta məktəbinin zirzəmisindən 2 ədəd əl qumbarası tapılıb
# 11 iyul 2007 14:43 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, məktəbin zirzəmisində yoxlamanı Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) tapşırığı ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşları aparır. Məktəbin ərazisində yoxlama aparılması ilə bağlı ANAMA-ya Rayon İcra Hakimiyyəti müraciət edib. Sözügedən məktəbin zirzəmisi I Qarabağ Müharibəsi dövründə silah anbarı kimi istifadə olunub. ANAMA-dan APA-nın Qarabağ bürosuna bildirilib ki, Tərtərdə son vaxtlar ilanların sayının artması minatəmizləmə əməliyyatlarının aparılmasına maneçilik törədir. Belə ki, minaaxtaranlar əməliyyat keçirərkən daha çox yerdə iş görürlər və bütün diqqətlərini partlamamış hərbi sursatın zərərsizləşdirilməsinə yönəldirlər. Bu vaxt yanlarında gəzən ilanlara diqqət yetirmirlər. Son vaxtlarda 6 minaaxtaranı zəhərli ilan sancıb. Göstərilən tibbi yardım sayəsində həmin şəxslərin həyatını xilas etmək olub. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR