Bank Of Baku

Saloğluda partlayış zamanı yaralanan ANAMA əməkdaşının vəziyyəti kafidir

Saloğluda partlayış zamanı yaralanan ANAMA əməkdaşının vəziyyəti kafidir
# 13 iyul 2007 10:16 (UTC +04:00)
Bu barədə APA-nın Qərb bürosuna Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Xanlar regional bazasının region üzrə meneceri Namiq Məmmədov məlumat verib. Onun sözlərinə görə, hazırda xəstənin vəziyyəti kafi qiymətləndirilir: “Xəstənin səhhəti ilə bilavasitə Gəncə şəhər səhiyyə idarəsinin rəisi Mehman Rzayev maraqlanır. Xəstəxananın həkimləri də əllərindən gələn köməyi əsirgəmirlər”. Namiq Məmmədov hadisənin iş vaxtı, partlamamış hərbi sursatın partladılmasına hazırlıq zamanı baş verdiyini bildirib. Lakin o, hadisənin konkret olaraq hansı sursatın partladılması zamanı baş verdiyi barədə dəqiq məlumatı olmadığını söyləyib və ANAMA mütəxəssislərinin hadisə yerində araşdırma apardıqlarını qeyd edib: “Biz ona görə tədqiqat aparırıq ki, gələcəkdə bir də belə hadisə baş verməsin. Hadisə ilə bağlı araşdırmanı isə hüquq-muhafizə orqanları aparır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR