Bank Of Baku

Xırdalanda və Nizami rayonunda ölümlə nəticələnən yol qəzaları baş verib

Xırdalanda və Nizami rayonunda ölümlə nəticələnən yol qəzaları baş verib
# 14 iyul 2007 11:00 (UTC +04:00)
Xırdalan şəhərində və Bakının Nizami rayonu ərazisində ölümlə nəticələnən yol-qəza hadisələri baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Xırdalanda Bakı şəhər sakini Kazım Ağayev idarə etdiyi “QAZel” markalı avtomaşınla şəhər sakini Rövşən Orucovu vurub. Nəticədə R. Orucov hadisə yerində ölüb. Nizami rayonu H. Əliyev prospektində isə Sahil qəsəbə sakini Xəlil Alıyevin idarə etdiyi “Mercedes” və Bakı şəhər sakini Sübhan Əsgərovun idarə etdiyi “Tofaş” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət alan X. Alıyev və həyat yoldaşı Kəmalə, S. Əsgərov, onun sərnişinləri Leyla Şimşək və 25-30 yaşlı qadın xəstəxanaya yerləşdiriliblər. L. Şimşək orada ölüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR