Bank Of Baku

Zaqatalada ölümlə nəticələnən bədbəxt hadisə baş verib

Zaqatalada ölümlə nəticələnən bədbəxt hadisə baş verib
# 14 iyul 2007 11:03 (UTC +04:00)
Bu gün Zaqatalada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayonun Əliabad kənd sakini Qaraqayev Abdulla Abdusalam oğlunu elektrik dirəyində naqilləri birləşdirərkən cərəyan vurub və o dünyasını dəyişib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Əliabad kənd sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, Abdulla Qaraqayev Zaqatala Paylayıcı Elektrik Şəbəkəsi (PEŞ) idarəsinin əməkdaşı olub. Lakin idarədən bu xəbəri təkzib ediblər. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerində araşdırma aparır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR