Bank Of Baku

Gəncə sakinini qətlə yetirən Samux rayon sakinləri həbs olunub

Gəncə sakinini qətlə yetirən Samux rayon sakinləri həbs olunub
# 16 iyul 2007 11:21 (UTC +04:00)
Kəpəz və Samux rayon polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il iyunun 20-də baş vermiş qətlin üstü açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Namiq Həsənovun itkin düşməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun iyunun 20-də Samux rayonunun Çobanabdallı kəndinin ərazisində öldürüldüyü müəyyənləşib. Məlum olub ki, Çobanabdallı kənd sakini, əvvəllər məhkum olunmuş Eldəniz Zeynalovla Gəncə şəhər sakini Mahir Əhmədov Namiq Həsənovu münaqişə zəminində qətlə yetiriblər. N. Həsənovu bıçaqlayan, daha sonra isə güllələyən qatillər onun meyitini su quyusuna atıblar. E. Zeynalov və M. Əhmədov tutulub, onlardan 1 ədəd “Vinçester” markalı tüfəng və 1 ədəd bıçaq götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR