Bank Of Baku

İki yol qəzasında 6 nəfər ölüb

İki yol qəzasında 6 nəfər ölüb
# 16 iyul 2007 11:29 (UTC +04:00)
Xətai rayonu ərazisində ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Füzuli rayon sakini Fərmayıl Mikayılovun idarə etdiyi “VAZ-2106” markalı və Astara rayon sakini Nəsimi Cəfərovun idarə etdiyi “İkarus” markalı maşınlar Zeytun küçəsində toqquşub. Nəticədə xəsarət almış F. Mikayılov, “VAZ-2106”-nın sərnişinləri - sürücünün qardaşı Samir Mikayılov, həmyerliləri Mikayıl Muradov, Emin Muradov, “İkarus”un sərnişinləri - Hövsan qəsəbə sakinləri Zəkiyyə Hüseynova və Yavər Budaqova xəstəxanaya yerləşdiriliblər. F. Mikayılov və M. Muradov xəstəxanada keçiniblər. S. Mikayılovla E. Muradovun vəziyyəti ağırdır.
Daha bir ağır qol qəzası Qazax rayonunun Daş Salahlı kəndində baş verib. Kənd sakini Nadir Osmanovun idarə etdiyi “VAZ-2107” markalı və Çaylı kənd sakini Abbas Xasayevin idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə hər 2 sürücü və “VAZ-2107”-nin sərnişinləri - Daş Salahlı kənd sakinləri Asif Eyyubov və İlqar Vəliyev aldıqları xəsarətdən hadisə yerində keçiniblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR