Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinin rəisi dünyasını dəyişib
16 iyul 2007 13:04 (UTC +04:00)
Bu barədə APA-ya məlumat Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, bölmə rəisi, polis polkovnik-leytenantı Qəzənfər Səfərov dünən ürək çatışmazlığından qəflətən vəfat edib. Mərhum bu gün torpağa tapşırılıb, dəfn mərasimində Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabitləri, Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyi və digər rəsmi şəxslər iştirak edib. /APA/