Bank Of Baku

Vətəndaşlardan narkotik vasitələr götürülüb

Vətəndaşlardan narkotik vasitələr götürülüb
# 17 iyul 2007 10:22 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülüb, yabanı halda bitmiş çətənə kolları məhv edilib. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon sakini İsmayıl Qədirovdan 0,253 qram heroin götürüb. Gədəbəy RPŞ-nin əməkdaşları isə İnəkboğan kəndinin ərazisində 0,03 hektar sahədən yabanı halda bitmiş, çəkisi 300 kiloqram olan 740 ədəd, Dəyəqarabulaq kəndinin ərazisində 1,2 hektar sahədən yabanı halda bitmiş, çəkisi 1,96 ton olan 5950 ədəd, Rüstəm Əliyev kəndinin ərazisində 0,03 hektar sahədən yabanı halda bitmiş, çəkisi 297 kiloqram olan 738 ədəd, Söyüdlü kəndinin ərazisində 0,28 hektar sahədən yabanı halda bitmiş, çəkisi 811 kiloqram olan 2106 ədəd, rayon ərazisində 0,2 hektar sahədən yabanı halda bitmiş, çəkisi 520 kiloqram olan 1350 ədəd çətənə kollarını yığıb məhv ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR