Bank Of Baku

İyulda Gəncədə 3 qız uşağı itkin düşüb

İyulda Gəncədə 3 qız uşağı itkin düşüb
# 17 iyul 2007 14:44 (UTC +04:00)
İyulun ilk 15 günlüyündə Gəncə şəhərində ikisi azyaşlı olmaqla 3 qız uşağı itkin düşüb. Bu barədə məlumatı APA-nın Qərb Bürosuna Gəncə şəhər Polis İdarəsinin rəis müavini Çoban Hüseynov verib. Onun sözlərinə görə, itkin düşənlər arasında şəhərin orta məktəblərinin şagirdləri - 1993-cü ildə anadan olan Verdiyeva Nuray Məmməd qızı və onun həmyaşıdı Əliyeva Xəyalə Vahid qızı bu günlərdə aparılan əməliyyat tədbirləri nəticəsində tapılaraq valideynlərinə təhvil verilib. Hüseynovun bildirdiyinə görə üçüncü itkin düşmüş şəxs - 1989-cu il təvəllüdlü Aytən Telman qızı Əmiraslanovanın isə artıq yeri aşkarlanıb və bu günlərdə tapılaraq valideynlərinə təhvil veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR