Bank Of Baku

Əli Əhmədov: “Qondarma seçkilər Dağlıq Qarabağ ermənilərinin qanunsuz bir qurum yaratdığını bir daha dünyaya bəyan edir”

Əli Əhmədov: “Qondarma seçkilər Dağlıq Qarabağ ermənilərinin qanunsuz bir qurum yaratdığını bir daha dünyaya bəyan edir”
# 19 iyul 2007 12:18 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov qondarma “Dağlıq Qarabağ Respublikası”nda bu gün keçirilən “prezident seçkiləri”nə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, özünə hörmət edən beynəlxalq təşkilatlar bu “seçkiləri” qanuni saymır: “Bütövlükdə “Dağlıq Qarabağ Respublikası” qanundan kənar bir qurumdur. Burada keçirilən bütün seçkilər, o cümlədən prezident seçkiləri qanundan kənar bir aksiyadır. Hesab edirəm ki, bu seçkilərə xüsusi bir reaksiya verməyə də ehtiyac yoxdur. Dünyanın heç bir dövləti tərəfindən tanınmayan qurumda keçirilən qondarma seçkilər əslində, Azərbaycanın qələbəsini sübuta yetirir. Ən azından o mənada ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar açıq şəkildə bir daha Dağlıq Qarabağdakı rejimin qanunsuz qurum olduğunu ifadə edirlər. Əslində, bu seçkilər Dağlıq Qarabağ ermənilərinin qanunsuz bir qurum yaratdığını bir daha dünyaya bəyan edir. Seçkilərin ermənilərə gətirdiyi “fayda” yalnız bundan ibarət olub”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR