Bank Of Baku

Narkotik maddə saxlayan Balakən sakini həbs edilib

Narkotik maddə saxlayan Balakən sakini həbs edilib
# 20 iyul 2007 07:48 (UTC +04:00)
Narkotik maddə saxlayan Balakən rayon sakini həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. RPŞ-nin əməliyyat-axtarış qrupunun həyata keçirdiyi tədbirlər zamanı rayonun Z. Əliyeva küçəsi, mənzil 37-də yaşayan 1960-cı il təvəllüdlü Hikmət Abdulsəməd oğlu Mənsurovun evinə baxış keçirilib. H. Mənsurovun evində aparılan axtarış zamanı iki ədəd qadın corabına bükülmüş halda birinin çəkisi 250 qr, digərinin çəkisi 240 qr olmaqla ümumi çəkisi 490 qr təşkil edən qurudulmuş halda marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı Balakən RPŞ-də təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR