Bank Of Baku

Cəlilabadın Alar kəndində ölümlə nəticələnən yol qəzası baş verib

Cəlilabadın Alar kəndində ölümlə nəticələnən yol qəzası baş verib
# 21 iyul 2007 10:40 (UTC +04:00)
Bu gün Cəlilabad rayonunun Alar kəndində ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Masallı rayon sakini Abbasəli Əbdülhəsənov idarə etdiyi “VAZ-21074” markalı maşını qarşıdan gedən “T-40” markalı traktora vurub. Nəticədə A. Əbdülhəsənov aldığı xəsarətdən hadisə yerində keçinib. Xəsarət almış sərnişinlər - A. Əbdülhəsənovun həyat yoldaşı Gülbəniz Əbdülhəsənova, qohumları Kənan Əbdülhəsənov, Samirə Əkbərova, Rəhilə Əbdülhəsənova və Zəhra Əbdülhəsənova xəstəxanaya yerləşdiriliblər. Z. Əbdülhəsənova xəstəxanada keçinib. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR