Bank Of Baku

Piyadanı vurub qaçarkən kombaynla toqquşan sürücü hələ də komadadır

Piyadanı vurub qaçarkən kombaynla toqquşan sürücü hələ də komadadır
# 21 iyul 2007 11:57 (UTC +04:00)
Gəncə sakinini vuraraq qaçan 23 yaşlı sürücü Azad Azər oğlu İsmayılov artıq 6 gündür ki, II dərəcəli beyin koması diaqnozu ilə xəstəxanadadır. Xanlar rayon xəstəxanasının reanimasiya şöbəsində saxlanılan A. İsmayılovun vəziyyəti ağır qiymətləndirilir. Bu barədə APA-nın qərb bürosuna Xanlar rayon xəstəxanasının baş həkimi Hamlet Ömərov məlumat verib. Onun sözlərinə görə, Bakıdan dəvət olunmuş neyrocərrahla birgə aparılan konsiliumdan sonra qərara alınıb ki, xəstənin başqa bir yerə daşınması mümkünsüzdür: “Hazırda xəstənin komadan çıxması üçün vacib olan bütün müalicə işləri davam etdirilir”. Qeyd edək ki, A. İsmayılov iyulun 15-də idarə etdiyi avtomobillə 1966-cı il təvəllüdlü İsmayıl Əmir oğlu Arusaslanovu vurub qaçarkən Xanlar rayonu ərazisində kombaynla toqquşub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR