Bank Of Baku

Yanvar-iyun aylarında yol-nəqliyyat hadisələri nəticəsində 412 nəfər ölüb

Yanvar-iyun aylarında yol-nəqliyyat hadisələri nəticəsində 412 nəfər ölüb
# 25 iyul 2007 14:01 (UTC +04:00)
Bu ilin yanvar-iyun aylarında baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 412 nəfər ölüb. Qəza nəticəsində ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7% artıb. APA-nın məlumatına görə, bu barədə məlumatı keçirdiyi mətbuat konfransında daxili işlər naziri general-polkovnik Ramil Usubov verib. Nazir bildirib ki, ötən illə müqayisədə yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlər 0,3 faiz, qəzalar nəticəsində yaralananların sayı isə 2,1 faiz azalıb. R. Usubovun sözlərinə görə, hesabat dövründə daxili işlər orqanlarında istintaqın keyfiyyətli aparılması üçün müvafiq tədbirlər görülüb. Bu müddətdə 4409 cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib. Cinayətlər nəticəsində vətəndaşlara dəyən maddi ziyanın ödənilməsinə də xüsusi diqqət yetirilib. 6 ayda vətəndaşlara maddi ziyana görə 12 milyon manatdan çox maliyyə vəsaitinin ödənilməsi təmin olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR