Bank Of Baku

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursat aşkarlayıb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursat aşkarlayıb
# 27 iyul 2007 08:27 (UTC +04:00)
Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları qanunsuz saxlanılan 1 ədəd AKM markalı avtomat silahı, beş ədəd F-1 markalı əl qumbarası, avtomat daraqları və müxtəlif çaplı döyüş patronları aşkarlayaraq götürüblər. Tərtər RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Mübariz Quliyev APA-nın Qarabağ bürosuna bildirib ki, bu tip silah-sursat əhali arasında aparılan maarifləndirmə əsasında vətəndaşlar tərəfindən təhvil verilir. Döyüş ləvazimatlarının hamısı istifadəyə tam yararlıdır. Hərbi sursat Daxili İşlər Nazirliyinin silah anbarına təhvil veriləcək. Avtomat isə hər hansı cinayətdə istifadə olunub-olunmadığını müəyyən etmək üçün ekspertizaya göndəriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR