Bank Of Baku

Sankt-Peterburqda azərbaycanlı iş adamı güllələnib

Sankt-Peterburqda azərbaycanlı iş adamı güllələnib
# 27 iyul 2007 09:06 (UTC +04:00)
APA-nın məlumatına görə, adı açıqlanmayan şəxs aldığı güllə yaralarından hadisə yerində keçinib. Faktla bağlı qətl maddəsi üzrə cinayət işi başlanıb. Sankt-Peterburq şəhər daxili işlər şöbəsi azərbaycanlı biznesmenin biznes fəaliyyəti ilə əlaqədar öldürüldüyünü güman edir. Hazırda istintaq qətlin motivlərini araşdırır. Azərbaycanın Sankt-Peterburqdakı konsulluğundan APA-ya verilən məlumata görə, öldürülən soydaşımızın şəxsiyyəti tam dəqiqləşməyib: “Qətl iyulun 25-dən 26-na keçən gecə baş verib və cəsəd təqribən bir sutka hadisə yerində qalıb. Öldürülən şəxsin soyadının Mustaliyev olduğu bildirilir, lakin onun Azərbaycan, yaxud Rusiya vətəndaşı olması da dəqiq deyil. Həmin şəxs Sankt-Peterburqda kiçik bizneslə məşğul olub. Hazırda konsulluq faktla bağlı araşdırmalar aparır”. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR