Bank Of Baku

Lənkəran hava limanının uçuş zolağından oğurluq edən dəstə yaxalanıb

Lənkəran hava limanının uçuş zolağından oğurluq edən dəstə yaxalanıb
# 07 avqust 2007 15:16 (UTC +04:00)
Lənkəran Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqla məşğul olan dəstə yaxalanıb. Bu barədə APA-nın cənub bürosuna Lənkəran ŞPŞ-nin istintaq bölməsinin rəisi İsmayıl Məmmədov məlumat verib. Onun sözlərinə görə, Lənkəran rayonu Ləhiş kənd sakini 1986-cı il təvəllüdlü Rüstəm Rafiq oğlu Rüstəmov iyulun 20-də gecə saatlarında öz həmkəndliləri 1987-ci il təvəllüdlü Akif Bərxudar oğlu Şərifov və 1986-cı il təvəllüdlü İnqilab Mehman oğlu Ağayevlə birlikdə rayonun Şilavar kəndi ərazisində yerləşən Lənkəran hava limanının uçuş zolağının 3300-cü metrliyində “Azvit” MMC-yə məxsus 156 manat dəyərində dəmir bucaqlıqları və 9 manat 80 qəpik dəyərində armaturları oğurlayıblar. İyulun 30-da onlar yenidən hava limanının uçuş zolağının 1600-cü metrliyində 1451 manat dəyərində “Hyundai” markalı generatoru oğurlayıblar. Faktla bağlı Lənkəran ŞPŞ-də cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR