Bank Of Baku

Sumqayıt Şəhər İcra Hakimiyyətində dini-mənəvi vəziyyətlə bağlı seminar-müşavirə keçirilib

Sumqayıt Şəhər İcra Hakimiyyətində dini-mənəvi vəziyyətlə bağlı seminar-müşavirə keçirilib
# 08 avqust 2007 08:25 (UTC +04:00)
Avqustun 7-də Sumqayıt Şəhər İcra Hakimiyyətində (ŞİH) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucovun və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirakı ilə dini-mənəvi vəziyyətlə bağlı seminar-müşavirə keçirilib. Bu barədə APA-ya Sumqayıt ŞİH-dən məlumat verilib. Tədbirdə ŞİH başçısı Vaqif Əliyev şəhərin dini vəziyyəti ilə bağlı məlumat verib. DQİDK sədri H.Orucov ölkədə aparılan din siyasəti ilə bağlı məlumat verib. O, Azərbaycanda tolerantlıq mühitinin yarandığını və bu siyasətin davam etdirildiyini bildirib. H. Orucov Sumqayıt şəhərində dini məsələlərlə bağlı görülmüş işləri yüksək qiymətləndirib. Şeyxülislam Hacı Allahşükür Paşazadə dövlət və din münasibətləri barədə danışaraq dövlət orqanlarının, ziyalıların tövsiyələrinə dini qurumlarda böyük ehtiyac olduğunu vurğulayıb. Seminar-müşavirədə Sumqayıt şəhərində dini vəziyyətin, həmçinin dini qurumların işinin səviyyəsinin qənaətbəxş olduğu vurğulanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR